
Azərbaycan xalqı tarixinin ən qürurlu günlərini yaşayır və Prezident cənab İlham Əliyevin Cəbrayıla səfərləri zamanı qoyduğu təməllər xalq olaraq bizi daha da qürurlandırır. Cəbrayılda gedən bərpa-quruculuq işlərinin sürəti ən qısa zaman ərzində cəbrayıllıların öz doğma yurdlarına qayıdacaqlarının müjdəsini verir. 4 oktyabr tarixi Cəbrayıl rayonunun taleyində xüsusi bir gün olaraq tarxin yaddaşına həkk olunmuşdur. Bir neçə obyektin təməlinin qoyulması və inşaatından sonra fəaliyyəti çox mühüm iqtisadi önəmə malikdir.
“Araz Vadisi İqtisadi Zonasının” yaradılması rayonun sosial-iqtisadi həyatı üçün çox mühüm əhəmiyyət kəsb edir. Burada yaradılan münbit iqtisadi potensial nəinki təkcə Cəbrayıl rayonunun bütün bölgənin inkişafına müsbət təsir göstərəcəkdir. 5 il ərzində çiçəklənən və inkişaf edən Qarabağın yaradılması ən prioritet məsələlərdən biridir. Erməni vandalizmin dəhşətli terrorundan əziyyət çəkən doğma torpaqlarımıza yeni nəfəs yeni həyat bəxş edilməkdədir. Qüdrətli dövlətimiz tərəfindən Qarabağa bütün sahələr üzrə böyük investisiyalar cəlb edilir. Bölgənin abadlaşmasında və yenidən qurulmasında Türkiyə şirkətləri də yaxından iştirak edir.
Gülşən Cabbarova-1 saylı Uşaq Somatik sanatoriyasının baş həkimi