
Könlüm bir dəryadır, içim bir qəbir,
Hər yetən məndən söz çəkənməz indi.
Tək öz dərdim olsa dözməyə nə var,
Sirrim var ki, dərdi çəkənməzindi.
Yuxumda gəl, mən deyim, sən yaz ana,
Ah-zarımı çatdır yazı yazana,
Bu il yenə qara gəldi yaz, ana,
Hər kəs bu acını çəkənməz indi.
Tanrı məni lap sərt sınğa çəkdi,
Dərgahına alıb sorağa çəkdi,
Doğmalar sinəmə elə dağ çəkdi,
Düşmən də elə dağ çəkənməz indi.
Nankor dost-qohumla verdim əl-ələ,
Öz közümdən öz başıma külələ,
Şeytan məni elə verib ki, elə,
Allah da əlini çəkənməz indi.
Qaraxanam, hər vaxt zəhmət çəkmişəm,
Neçə evlər tikib, yollar çəkmişəm,
Şeirlərlə elə rəsmlər çəkmişəm,
Rəssam elə şəkil çəkənməz indi.