Qaraxan Əkbəroğlu

Qaraxan Əkbəroğlu YARI MƏN

Taleyin oyununda bir cüt zərik biz,
Qoşa düşsə yarı sənsən, yarı mən.
Bəxtdən, tacdan söz salmağa nə gərək,
Ürəyimi yarla bölləm yarı mən.

Sən kölümün gözəlinin əslisən,
Nə mən Kərəm, nədəkı sən Əslisən,
Koroğlular, Sultanların nəslisən,
Kaş olaydım o sultanın yarı mən.

Saf eşqimi şeytan verdi tez ələ,
İlk sevdamla gedəmmədim əl-ələ,
Yarımadım, can dedim hər gözələ,
İlk bəxtindən deyim, sənə yarı, mən.

Qürbətin əlinə düşmüşəm əsir,
Dost da ağlı verdi, əllərim əsir,
Əl tutduqlarım da qolumu kəsir,
Deyəmmərəm hər işimə yarı, mən.

Yar istəyər yar adını yar ana,
Tək Qaraxan əlac tapar yarana,
Eşqdən yazdım bəlkə dastan yarana,
Yar üzündən seçdim yad diyari mən.

Oxşar xəbərlər