Yüklənir. Zəhmət olmasa gözləyin...
Qaraxan Əkbəroğlu
YARI SƏN
Şair könlüm, roman yazdın sevgidən,
Qıyma yansın eşq odunda yarı sən.
Yarımdın ilk bəxtindən, taledən,
Heç olmasa son bəxtindən yarı sən.
Bircə sən ol, bir yaradan, bir də mən,
Nankorlarla əl tutmaram bir də mən,
Haqq uğrunda oldum çox tədbirdə mən,
Ürəyini dostla böldün yarı sən.
Sirrim var ki, Allah bilir, bir də sən,
Dərdimizi təzələmə bir də sən,
Soruşsalar, elə san, qəbirdəsən,
Yer üstündə öz xalqına yarı sən.
Tale bizi yarı yolda atanda,
Namərd dostlar mənə güllə atanda,
Qohum-qardaş bizi pula satanda,
Özün mənə seçdin yad diyari sən.
Oxşar xəbərlər