
Müqavilə imzasından sonra açıqlama verən Mourinyo bunları deyib:
"Dünyanın ən böyük klublarından birinin baş məşqçisi olmaq mənim üçün böyük qürurdur. Burada olduğum üçün xoşbəxtəm. Tək məqsədim qalib gəlməkdir. Bundan sonra Benfika üçün yaşayacağam."
Mourinyo sözlərinə davam edərək diqqətçəkən açıqlama verib:
"Baş məşqçi olduğum heç bir klub, məni Benfikanın baş məşqçisi olmaq qədər motivasiya etməmişdi. Fənərbağçaya getmək mənim səhvim idi. Son günə qədər əlimdən gələni etdim, amma indi Benfika ilə öz səviyyəmə geri döndüm."