APOEL-də gərginlik - Baş məşqçi istefa verdi

APOEL-də gərginlik - Baş məşqçi istefa verdi “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi APOEL-in düşərgəsində gərginlik hökm sürür.

Nikosiya klubunun rəhbərliyinin komandaya yeni köməkçi-məşqçi təyin etməsi klubun baş məşqçisi Tomas Dollun narazılığına səbəb olub.

Belə ki, Doll yeni köməkçi-məşqçi istəməsə də, klub rəhbərliyi buna məhəl qoymayıb və təyinatı reallaşdırıb. Bundan sonra almaniyalı mütəxəssis istefa ərizəsi yazıb. Ancaq klub rəhbərliyi bu məsələyə bir müddətdən sonra baxacağını bildirib.

Qeyd edək ki, APOEL Avroliqanın qrup mərhələsinin 4-cü turun noyabrın 7-i Nikosiyada “Qarabağ”ı qəbul edəcək. Bu komandalar arasında Bakıdakı qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Oxşar xəbərlər