Qələbəmizdən ötən müddət ərzində ölkə başçısının rəhbərliyi altında işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri aparılır

Qələbəmizdən ötən müddət ərzində ölkə başçısının rəhbərliyi altında işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri aparılır

Qarabağ Universiteti Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 dekabr tarixli Sərəncamı ilə yaradılıb. Əsas məqsəd regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılmasından ibarətdir. Xankəndi şəhərində yerləşən Universitet Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malikdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 mart 2024-cü il tarixli qərarı ilə Qarabağ Universitetinin Nizamnaməsi təsdiq olunub. 20 sentyabr 2024-cü ildə isə Prezident İlham Əliyev universitetin təmirdən sonra açılışında iştirak edərək, müəllim və tələbə heyəti ilə görüşüb. 23 sentyabr 2024-cü il tarixindən etibarən isə Qarabağ Universiteti 1269 tələbə, 6 fakültə, 19 ixtisas ilə ilk tədris ilinə başlayıb. Qeyd edək ki, Qarabağ Universiteti 1969-cü ildə Xankəndi şəhərində yaradılmış Azərbaycan Pedaqoji İnstitutunun binasında fəaliyyət göstərir. Qarabağda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur.]1969-cu ildə Qarabağda ilk ali təhsil müəssisəsi Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuşdu. 1980-cü ildən 1989-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmişdi. İşğal dövründə isə fəaliyyəti dayandırmışdır.
Qələbəmizdən ötən müddət ərzində ölkə başçısının rəhbərliyi altında işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri aparılır. Tam yeni struktur, sənaye və digər təyinatlı müəssisələr yaradılır, təhsil, səhiyyə və digər obyektlər açılır. Bunların içərisində ən möhtəşəmi isə Qarabağ Universiteti oldu.
2023-cü il noyabrın 28-də Prezident İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb. Dövlətimizin başçısının birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində Universitetdə müasir tədris infrastrukturu yaradılıb. Ali təhsil ocağının bütün ərazisində genişmiqyaslı abadlıq işləri həyata keçirilib.
Qarabağ Universitetinin yenidən belə möhtəşəm formada fəaliyyətə başlaması bir azərbaycan vətəndaşı kimi hər birimizi çox sevindirir. Bu tarixi hadisə ölkəmizdə elmli, bilikli gənclərin sayının daha da artmasına öz töhvəsini verəcəkdir.

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə

Oxşar xəbərlər