
Azərbaycan tarixinə nəzər salsaq görərik ki, əsrlər boyu hər situasiyada bu xalq humanistlik göstərməyi bacarıb, amma bu o demək deyil ki, Azərbaycan kimlərinsə qarşısında aciz olub. Xeyr. Azərbaycan hər zaman öz məğrur duruşunu, əyilməzliyini , dəmir yumruğuna sadiq olmağı bacarıb.
Şübhəsiz ki, xalqın humanist olmasında dövlət başçısınında humanist yanaşmaları, lakin dəmir yumruğu ehtiyatda saxlaması xalqa güc verir. Bizləri bir xalq olaraq dəmir yumruq ətrafında toplayan Cənab İlham Əliyevin göstərdiyi humanistlik prinsiplərindən birinə biz 2020-ci ildə şahid olduq. Beləki müharibə olsa belə , müharibə qaydalarına ciddi əməl etmək lazımdır. Yəni, qadınlara, uşaqlara, yaşlılara, tarixi mədəniyyət abidələrinə zərər vermədən döyüşmək.
2020-ci ildə Cənab Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə uğurlu siyasət yürüdən humanist xalqın qarşısında bütün bu sadalanan qaydalara zidd hərəkət edən ermənilər oldu. Biz xalq olaraq onların vandallıqlarının 1990-1992-ci illərdə şahidi olmuşduq. Dəyişən sadəcə tarix oldu. Düzdür , Ali Baş Komandanın dəmir yumruğu və Azərbaycanın igid əsgəri onlara göz açmağa belə imkan vermədi. Əsgərə gücü çatmayan murdar , xain ermənilər vandallıqlarını bu dəfə təbiət üzərində göstərdi. Belə ki, ağacları kəsib qalanlarını isə yandırdılar .
1992-ci ildə xalqımıza ermənilər tərəfindən Qarabağda göstərilən vəhşiliklər, soyuq qış günlərində ayaqyalın yurdlarından didərgin salınmasını hər birimiz çox yaxşı bilirik. Bu cür vəhşiliyin qarşılığında humanist Azərbaycan ermənilərin Qarabağı tərk etməsi üçün müəyyən zaman verdi, lakin onlar bu humanistlikdəndə sui-istifadə edərək zərər - ziyan verməyə can atırdılar.
2020-ci il oktyabr ayında 5 dəfə fərqli zamanlarda gecə vaxtı Gəncə şəhərinin bombalanması, gündüz vaxtı Bərdə şəhərinə atılan raket nəticəsində yüzlərlə insana zərər dəydi. Buna qarşılıq olaraq Azərbaycan xalqı yenədə öz humanistliyini göstərdi. Belə ki, Gəncə şəhəri raket atəşinə məruz qalarkən dağıntılar altında qalmış erməni əsilli yaşlı qadını qucaqlarına alaraq xilas etməsinimi deyək, yoxsa Qarabağdan çıxmaq istəmədikləri üçün Azərbaycan Respublikasının vətəndaşı olmağı qəbul etdiyi təqdirdə Qarabağda qalmağa icazə verilən ermənilərimi deyək? Budur fərq. Budur Azərbaycan dövlətinin humanist addımı.
Ötən günlərdə Xankəndidə yaşamasına icazə verilən erməni əsilli Avanesyanın təxribat cəhdinə hər birimiz şahid olduq. Halbuki 2-3 il əvvəl onun Azərbaycana sığındığın , burada yaşamaq istədiyini dilə gətirməsini görmüşdük. Bəli, yenədə ikiüzlü erməni...
Atalarımız bu yerdə yaxşı deyib : Yamanlığa yaxşılıq ər kişinin işidir, yaxşılığa yamanlıq nər kişinin işidir.
Sabunçu qəsəbəsi, 215 nömrəli tam orta məktəbin
müəllimi Zümrüd Hacıyeva