Bütün dünyaya öz humanist mövqeyimizi göstərməyə davam edirik

Bütün dünyaya öz humanist mövqeyimizi göstərməyə davam edirik

İndiki Ermənistan hakimiyyəti istəsəydi, Azərbaycanla sülhə gələrdi, bunu edə bilərdi.Azərbaycan buna hazır idi, beynəlxalq vasitəçilər bunu bilirdilər. Keçmiş həmsədrlər bilirdi ki, biz bunu Azərbaycanın ərazi bütövlüyünün bərpası əsasında dinc yolla həll etməyə hazır idik. Biz bu səbri 2020-ci ilə qədər etdik.
Ali Baş komandan İlham Əliyevin rəhbərliyi, yenilməz ordumuzun mübarizliyi nəticəsində ll Qarabağ müharibəsini qazandıq. Bununla bütün dünyaya öz gücümüzü göstərdik. Biz yenə də haqq yolunda idik. Həmişə olduğu kimi biz öz torpaqlarımızda döyüşürdük. Bunu bütün dünya bilsə də, çoxları bəzi şeylərə göz yumurdu.
Biz ərazi bütövlüyümüzü şükürlər olsun 2023-cü ildə sona çatdırdıq, tam Azərbaycan qurduq. Bunu Ali baş komandanın uzaqgörən, humanist, düzgün siyasəti nəticəsində etdik.
Biz yenə də öz humanistliyimizi davam etdiririk. Dinc əhaliyə toxunmadan mübarizə aparıb torpaqlarımızı düşmən tapdağından qurtardıq. Onlara hər cür yaşamaq imkanı yaradırıq. İstər tibbi, istəsə də qida baxımından qayğı göstərib dəstək oluruq.
I Qarabağ müharibəsində ermənilər bizim vətəndaşlarımızı ayaqyalın, ac-susuz vəziyyətdə doğma torpaqlarındab didərgin salmışdılar. Ancaq biz nə edirik, onlara hər cür şərait yaradırıq istər qalmaları, istərsə də getmələri üçün. Heç bir sadə vətəndaş incidilmir. Hətta onların vəziyyətləri ilə yaxından maraqlanırıq.
Bütün dünyaya öz humanist mövqeyimizi göstərməyə davam edirik. Çünki bu bizim duruşumuz, həyat prinsipimizdir.

Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
fizika müəllimi Pərvanə Hüseynova


Oxşar xəbərlər