
19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatından iki il ötür. Antiterror əməliyyatında qazandığımız zəfər Qarabağ zəfərimizin təntənəsi idi. 2020-ci il Şuşa zəfərindən sonra düşmən diz çökdü və digər torpaqlarımızdan dinc yolla çıxacağına söz versə də, yenə də namərdcəsinə davrandı. Kəlbəcəri, Ağdamı, Laçını tərk edən zaman kəndlərimizi,meşələrimizi yandırdılar,torpaqlarımıza minalar basdırdılar. Xankəndidə,Xocalıda yuva quran quldur dəstələri daha da möhkəmləndilər.Rus hərbçilərinin dəstəyi ilə milli sərvətlərimizi taladılar. Kapitulyasiya aktına əməl etmədilər ,10 mindən çox Ermənistan silahlı qüvvələrinin qeyri-qanunu dəstələri tərkisilah olunmadı.Azərbaycanın çağırışlarına baxmayaraq ,qanunsuz dəstələrin sayı daha da artırıldı.
Bütün çağırışlara və üçtərəfli Bəyanata məhəl qoymayan ermənilərin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün 2023-cü il 22 aprel tarixində “ Laçın “ Nəzarət-Buraxılış Məntəqəsi yaradıldı.Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazisində nəzarət gücləndi. Bölmələrimiz bir neçə erməni separatçılarının cinayətlərini aşkara çıxardı, ərazimizə qanunsuz yolla gətirilən silah-sursatın qarşısı alındı.
2023-cü ilin 19 sentyabr tarixində erməni silahlı qüvvələri bir genişmiqyaslı hərbi təxribatlar və terror törətdi. Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu.Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qətiyyəti ilə separatizmə tam son qoyuldu .Cəmi 23 saat 43 dəiqə ərzində erməni separatçıları diz çökdü.Antiterror əməliyyatının nəticəsində düşmən şərtlərimizi qəbul etdi.Qeyr-qanuni silahlı dəstələr silahı yerə qoydu,bütün silhlar təhvil verildi.
Antiterror əməliyyatında Azərbaycan əsgəri böyük qəhrəmanlıq göstərərk vətənə neçə-neçə şəhid verdi. Azərbaycan ordusu humanislik göstərərək erməni mülki əhaliyə zərər vermədi
Beləliklə, 24 saatdan da az vaxt ərzində Zəfər tariximiz Xankəndi, Xocalı,Ağdərə,Xocavənd , Əsgəranın azad olması iən böyük təntənəsinə çatdı.Üçrəngli bayrağımız Qarabağın bütün ərazilərində dalğalandı.Cənab Ali Baş Komandanımızın düzgün siyasəti nəticəsində Azərbaycan öz suverenliyinə qovuşdu. Ulu Öndərimi Heydər Əliyevin vəsiyyətinə tam əməl edildi.
İndi isə Zəngəzurdan Naxçıvana qədər uzanan yolumuz bütün Türk dünyasını birləşdirəcək. Buna görə biz Ümummilli liderimizin amallarının davamçısı Cənab Ali Baş Komandanımıza və şəhidlərimizə , qazilərimizə borcluyuq.
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Humay Vəliyeva