Ukrayna bu ərazini də ƏLƏ KEÇİRDİ

Ukrayna bu ərazini də ƏLƏ KEÇİRDİ Ukrayna ordusu Rusiyanın Belqorod vilayətində daha bir yaşayış məntəqəsinə nəzarəti ələ alıb.

Məlumatı Rusiya Telegram kanalları yayıb. Belə ki, “Romanov Light” Telegram kanalını idarə edən rusiyalı müharibə müxbiri Vladimir Romanov axşam rında Rusiya ordusunun Belqorod vilayətinin Krasnoyarsk rayonunda yerləşən Popovka kəndini itirdiyini yazıb. O, dünən səhər bu yaşayış məntəqəsinə hücumun başladığı barədə məlumat vermişdi: "Ukraynanın müvəqqəti işğal etdiyi Rusiyanın Belqorod vilayətinin Krasnoyarsk rayonu, Popovka qəsəbəsi. Qəsəbə Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçib".

Xatırladaq ki, martın 23-də rusiyalı blogerlər vilayətin Demidovka kəndinin Ukraynanın nəzarətinə keçdiyini bəyan ediblər. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hələlik Rusiya ərazisində hər hansı yeni əməliyyatlar barədə açıqlama verməyib.

Oxşar xəbərlər