"Atamın ölmədiyini dəqiqləşdirmək üçün ona zəng etdim" - Trampın oğlu

Xəbər verdiyimiz kimi, ötən günlərdə ABŞ Prezidenti Donald Trampın ictimaiyyət qarşısına çıxmaması onun ölməsi barıədə iddiaların yayılmasına səbəb olub.

üzdə görünməsə də, Tramp “Truth Social” platformasından aktiv istifadə etməyə davam edib.

Onun ölüm iddialarının yayımasından sonra Trampın hesabından qolf oynadığı görüntülər paylaşılıb.

Sözügedən foto iddiaları bir qədər səngitsə də, daha sonra fotonun da köhnə olduğu iddia edilib.

Belə ki, paylaşılan fotolarda ABŞ liderinin yanında NFL-in keçmiş baş məşqçisi Con Qrudenin olması diqqət çəkib. Bir çox sosial şəbəkə istifadəçisi Qrudenin avqustun 23-də çəkilmiş eyni paltarda olan fotosunu paylaşıblar.

Qısa müddətdən sonra “Associated Press”in çəkdiyi görüntülərlə Trampın doğrudan da həmin gün qolf meydançasında olması təsqini tapıb.

Donald Trampın oğlu Tramp Cunior (Donald Con Tramp) da atasının yaşadığını təsdiqləyib.

“Həftəsonu atama zəng etdim və “ölmədiyindən əmin olnmaq istəyirdim” dedim. həmin vaxt qızım onunla qolf oynayırdı, amma internetdə tamamilə əksi yazılmışdı. Atam isə nə dediyimi heç başa düşmədi”.

ABŞ lideri isə keçidiyi mətbuat konfransında barəsindəki ölüm iddialarından xəbərsiz olduğunu deyib və bunu “axmaqca” adlandırıb:

“Həqiqətən? Mən görməmişəm. Keçən həftə bir neçə mətbuat konfransı keçirdim və hamısı çox uğurlu alındı. İki gün gəlmədiyim üçün "nəsə olub" dedilər. Amma Bayden aylarla yoxa çıxsa, heç kim onu sorğu-sual etmirdi", - o söyləyib.

Oxşar xəbərlər