FTB Trampın evində 9 saatlıq axtarış aparıb

FTB Trampın evində 9 saatlıq axtarış aparıb 100 FTB agenti Ağ Evin sənədlərini tapmaq üçün Trampın Floridadakı evində 9 saat axtarış aparıb

“Reuters” xəbər verir ki, Federal Təhqiqatlar Bürosunun (FTB) 100-dək əməkdaşı avqustun 8-də ABŞ-ın keçmiş Prezidenti Donald Trampın Florida ştatının Palm-Biç şəhərindəki Mar-a-Laqo malikanəsində axtarış aparıblar və axtarış doqquz saat davam edib.

Bu barədə agentliyə məlumat verən Tramp bu axtarışı lüzumsuz və məqsədəuyğun olmayan hadisə hesab edib.

Siyasətçi axtarışları onun 2024-cü il seçkilərində mümkün iştirakı ilə əlaqələndirib.

Oxşar xəbərlər