
Bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib.
O qeyd edib ki, istənilən fikir ayrılığı və mübahisəsi müvəqqəti xarakter daşıyır və hər iki tərəf üçün zərərlidir.
"Dostluq münasibətlərinin və iqtisadi maraqların inkişaf etdirilməsi perspektivləri çox böyükdür. İstiləşmə qaçılmazdır, bu, sadəcə, zaman məsələsidir. Vəziyyət ağırdır, lakin məsələlər tədricən öz həllini tapacaq", - deputat vurğulayıb.