Tramp: Rusiyaya hücum etmədən qalib gəlmək qeyri-mümkündür

Tramp: Rusiyaya hücum etmədən qalib gəlmək qeyri-mümkündür İşğalçı ölkəyə (Rusiya nəzərdə tutulur-red) hücum etmədən müharibədə qalib gəlmək çox çətindir, hətta qeyri-mümkündür.

Bu barədə ABŞ prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.

"Bu, fantastik müdafiəsi olan, lakin hücumda oynamaq hüququ olmayan möhtəşəm idman komandası kimidir.

Qazanmaq şansı yoxdur! Ukrayna və Rusiyada belədir. Vicdansız və son dərəcə səriştəsiz Co Bayden Ukraynaya müqavimət göstərməyə yox, yalnız müdafiə olunmağa icazə verdi. Nə baş verdi? Hər halda mən prezident olsaydım bu müharibə heç vaxt baş verməyəcəkdi - SIFIR ŞANS. Qarşıda maraqlı anlar gözləyir!”

Oxşar xəbərlər