
Bunu Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
Nazir müavini bildirib ki, regional nəqliyyat marşrutları dialoq üçün yeni səhifə açıb.
"İranın bu proseslərdəki roluna gəlincə, xüsusən də "3+3” regional mexanizmi çərçivəsində deməliyəm ki, Ermənistan bu platformanın ilk iclasından iştirak edir.
İnanırıq ki, bu dialoq formatı regional layihələrin, xüsusilə də nəqliyyat bağlantısı üzrə layihələrin müzakirəsi üçün uyğun platforma yarada bilər. Ermənistan və Azərbaycan arasında son hadisələr və regional nəqliyyat marşrutlarının bərpasına dair prinsipial razılaşma “3+3” formatı da daxil olmaqla, dialoq üçün yeni səhifə açıb. Nazirlərin son bəyanatına görə, növbəti görüş ya İrəvanda, ya da Bakıda keçirilməlidir və biz Azərbaycan tərəfi ilə də ikitərəfli məsləhətləşmələr planlaşdırırıq”, - Vahan Kostanyan bildirib.