Ankara-Bakı-Tehran razılıq əldə edilib - Nazir

Ankara-Bakı-Tehran razılıq əldə edilib - Nazir Ankara-Bakı-Tehran arasında üçtərəfli görüş barədə razılıq əldə edilib.

Bunu İranın xarici işlər naziri Əmir Abdullahiyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

“Biz İran, Türkiyə və Azərbaycan Respublikası arasında üçtərəfli görüşün keçirilməsi ilə bağlı konsensus əldə etdik”, - iranlı nazir deyib.

İran və Türkiyə arasında olanlar da daxil olmaqla regional nəqliyyat dəhlizlərinə gəlincə, Abdullahiyan deyib ki, onlar regional rəqabət əvəzinə regional tərəfdaşlığa diqqət yetirir.

Oxşar xəbərlər