Türkiyə bu ölkəyə silah və hərbi texnika göndərəcək

Türkiyə bu ölkəyə silah və hərbi texnika göndərəcək Türkiyə bu yaxınlarda imzalanmış müdafiə sahəsində əməkdaşlıq sazişi çərçivəsində Suriyaya silah, hərbi texnika və logistik dəstək verəcək.

Bu barədə "Associated Press" Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb.

Bu, Türkiyənin müdafiə naziri Yaşar Gülər və Suriyanın müdafiə naziri Murhaf Əbu Qəsr arasında hərbi təlim və məsləhət sahəsində əməkdaşlığa, Türkiyənin Suriyanın müvəqqəti hökumətinə dəstəyinin gücləndirilməsinə dair anlaşma memorandumu imzalanmasından bir gün sonra bildirilib.

Suriya keçən ay Türkiyədən İsrailin müdaxiləsinə səbəb olan məzhəb zorakılığından sonra müdafiəsini gücləndirmək üçün dəstək istəyib. Müqaviləyə əsasən, Türkiyə “bilik və təcrübəsini” bölüşəcək və ölkənin imkanlarını gücləndirmək üçün hərbi texnika, silah sistemləri və logistika materialları tədarük edəcək.

Həmçinin çərşənbə günü Türkiyənin xarici işlər naziri Hakan Fidan israili və kürd yaraqlılarını "Suriyanın sabitliyini təhdid edən hərəkətləri dayandırmağa" çağırıb və onları ölkənin on ildən çox davam edən vətəndaş müharibəsindən xilas olmaq səylərinə zərbə vurmaqda günahlandırıb.(publika.az)

Oxşar xəbərlər