Türkiyə hərbi texnikalarını Suriyaya yeritdi

Türkiyə hərbi texnikalarını Suriyaya yeritdi Türkiyə ordusu Suriyanın şimalındakı İdlib bölgəsinə son ayların ən böyük hərbi daşımasını həyata keçirib.

Axar.az xəbər verir ki, türk ordusuna məxsus 35 piyadaların döyüş maşını İdlibə yerləşdirilib. Belə ki, bu texnikanın bir qismi İdliblə bərabər Həmanın şimalına da göndərilib.

Mətbuat bu addımın Türkiyə Müdafiə naziri Hulusi Akarla Rusiya Müdafiə naziri Sergey Şoyqu arasında aparılan telefon danışıqlarından sonra atıldığını bildirib.

Oxşar xəbərlər