
CNN-in əldə etdiyi kəşfiyyat məlumatlarına görə, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı maksimalist mövqeyindən geri çəkilmək niyyətində deyil. ABŞ-ın Rusiya ilə məşğul olan kəşfiyyat mənbələri xəbərdarlıq ediblər ki, Kreml rəhbəri atəşkəsdən yalnız ordusunu bərpa etmək və daha sonra yenidən Kiyevi ələ keçirməyə cəhd göstərmək üçün istifadə edə bilər.
Mənbələrin sözlərinə görə, “Putin özünü qalib kimi hiss edir və buna görə də geri çəkilmək üçün heç bir səbəb görmür”.
CNN-in məlumatına əsasən, Putin Ukraynanın NATO-ya üzv olmasının qarşısını almaq və əcnəbi sülhməramlı qüvvələrin Ukrayna ərazisində yerləşdirilməsinə imkan verməməkdə qərarlıdır.