12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Lənkəran regional “ASAN xidmət” Mərkəzinin və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində region gəncləri ilə maarifləndirici görüş keçirilmişdirTədbirin xüsusi qonağı hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Quliyev İbrahim Oruc oğlu olmuşdur. Görüş zamanı Konstitusiyanın mahiyyəti, insan və vətəndaş hüquq və azadlıqları, hüquqi dövlət quruculuğu kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılmış, iştirakçıların sualları cavablandırılmışdır.
Tədbirdə Bakı, Cəlilabad, Masallı, Lerik, Yardımlı və Lənkəran bölgələrindən olan gənclər iştirak etmiş, həmrəy və fəal şəkildə müzakirələrə qoşulmuşlar. Görüş interaktiv formatda keçmiş, hüquqi biliklərin artırılması və gənclərin hüquqi düşüncəsinin formalaşdırılması baxımından əhəmiyyətli olmuşdur.