Sabunçu Gənclər Evi ilə “Azərbaycan universitetlərinə virtual infotur”

Sabunçu Gənclər Evi ilə “Azərbaycan universitetlərinə virtual infotur” Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə onlayn “Azərbaycan universitetlərinə virtual infotur” layihəsinə start verilib.

“Azərbaycan universitetlərinə virtual infotur” layihəsinin keçirilməsində məqsəd - abituriyentlərin gələcək ixtisas və universitet seçimlərində yaxından köməklik göstərmək, onların rəqəmsal texnologiyanın imkanlarından istifadə etməklə universitet nümayəndəliyi vasitəsilə öz suallarına cavab tapmağa şərait yaratmaq, ali təhsil müəssisələrinin ixtisaslaşdığı istiqamətlər üzrə tələbələr üçün yaratdığı şərait və imkanları abituriyentlərə təqdim etməkdir.

Layihənin on üçüncü günündə ali təhsil müəssisələrindən Xəzər Universitetinin onlayn təqdimatı keçirilib. Sabunçu Gənclər Evinin “Facebook” və “Youtube” səhifəsindən canlı olaraq yayımlanan təhsil müəssisələrinin təqdimatları sosial şəbəkə üzərindən 2789 nəfərə çatıb, 836 nəfər izləyib.

Virtual infotur müddətində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Fizika-riyaziyyat elmləri doktoru, Professor Hamlet İsaxanlı və universitet nümayəndəliyi gəncləri maraqlandıran sualları cavablandırıblar. Onu da qeyd edək ki, canlı yayımı Azərbaycanın müxtəlif bölgələrindən həm valideynlər, həm də abituriyent və tələbələr izləyib.

Nəzərinizə çatdırırıq ki, “Azərbaycan universitetlərinə virtual infotur” layihəsi 1-30 iyun tarixlərində davam edəcək. İmtahan verəcək gənclər Sabunçu Gənclər Evinin sosial şəbəkə səhifələrini izləyərək təqdimat tarixlərindən xəbər tuta bilərlər.

Qeyd edək ki, Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Gənclər evinin əsas hədəfləri gənclərin sosial və fərdi inkişafına nail olmaq, demokratik iştirakçılığı gücləndirmək, sağlam gənclik mühitini formalaşdırmaq, intellektual gənclik yetişdirmək, gənclərdə sosial məsuliyyətin formalaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkilidir.


Sabunçu Gənclər Evi ilə “Azərbaycan universitetlərinə virtual infotur”
Sabunçu Gənclər Evi ilə “Azərbaycan universitetlərinə virtual infotur”

Oxşar xəbərlər