Daşkəsəndə “Gənclərin sahibkarlıq düşüncə tərzinin təşviqi” mövzusunda görüş keçirilib

Daşkəsəndə “Gənclərin sahibkarlıq düşüncə tərzinin təşviqi” mövzusunda görüş keçirilib İyunun 9-da Daşkəsən rayonunun Quşçu kəndində Daşkəsən Rayon İcra Hakimiyyəti, Daşkəsən KOB Dostu və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclərin sahibkarlıq düşüncə tərzinin təşviqi” mövzusunda sahibkarlıqla məşğul olan və sahibkar olmaq arzusunda olan, həmçinin bu sahəyə maraq göstərən gənclərlə görüş keçirilib.

Görüşdə Daşkəsən RİH-nin məsul əməkdaşı Aidə Nağıyeva, Daşkəsən KOB Dostu Muraz Məmmədov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov və Quşçu kənd İƏDN Kərim Kərimov maarifləndirici məruzələrlə çıxış ediblər.

Aidə Nağıyeva və Samir Həsənov bildiriblər ki, gənclərlə keçirilən belə görüşlərin məqsədi Prezident cənab İlham Əliyevin Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.36-cı bəndinin tələblərinə əsasən gənc sahibkarların və startapçıların inkişafı, onların bilik və bacarıqlarının formalaşdırılmasıdır.

Daşkəsən KOB Dostu Muraz Məmmədov isə KOBİA-nın fəaliyyət istiqamətləri, habelə gənclərin Agentliyin dəstək və xidmətlərindən necə yararlanacaqları barədə ətraflı məlumat verib, Daşkəsən KOB Dostunun biznes fəaliyyətinə başlamaq və biznesini inkişaf etdirmək istəyən gənclər üçün əhəmiyyətini diqqətə çatdırıb.

Sonra gənclərin fikirləri dinlənilib, ilkin ehtiyacları dəyərləndirilib, müvafiq qeydlər götürülüb və onlara lazımi tövsiyələr verilib.



Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini


Daşkəsəndə “Gənclərin sahibkarlıq düşüncə tərzinin təşviqi” mövzusunda görüş keçirilibDaşkəsəndə “Gənclərin sahibkarlıq düşüncə tərzinin təşviqi” mövzusunda görüş keçirilibDaşkəsəndə “Gənclərin sahibkarlıq düşüncə tərzinin təşviqi” mövzusunda görüş keçirilibDaşkəsəndə “Gənclərin sahibkarlıq düşüncə tərzinin təşviqi” mövzusunda görüş keçirilibDaşkəsəndə “Gənclərin sahibkarlıq düşüncə tərzinin təşviqi” mövzusunda görüş keçirilibDaşkəsəndə “Gənclərin sahibkarlıq düşüncə tərzinin təşviqi” mövzusunda görüş keçirilibDaşkəsəndə “Gənclərin sahibkarlıq düşüncə tərzinin təşviqi” mövzusunda görüş keçirilibDaşkəsəndə “Gənclərin sahibkarlıq düşüncə tərzinin təşviqi” mövzusunda görüş keçirilibDaşkəsəndə “Gənclərin sahibkarlıq düşüncə tərzinin təşviqi” mövzusunda görüş keçirilib

Oxşar xəbərlər