
Bu barədə Pentaqonun Kəşfiyyat İdarəsinin keçmiş strateji kəşfiyyat analitiki Rebekka Kofflerin “The Telegraph”da yazdığı məqaləsində qeyd edib.
Onun sözlərinə görə, Si Cinpin müharibəni bitirməkdə maraqlı deyil. “Əksinə, Pekin onu mümkün qədər uzatmağa çalışır”, - o qeyd edib.
Analitikin fikrincə, Çin Ukraynaya həm əsas rəqibləri, həm Moskvanı, həm də Vaşinqtonu tükəndirən proksi müharibə kimi baxır. ABŞ Ukraynanın müdafiəsini maliyyələşdirərkən, Çin mikroelektronika, optik sistemlər, dron komponentləri və müharibə üçün vacib olan digər ikili istifadə texnologiyaları tədarük etməklə Moskvanı gücləndirir.
Kəşfiyyat mənbələri Çinin Rusiyanın “Almaz-Antey” şirkəti ilə ortaq şəkildə gizli hücum dronları fabriki inşa etdiyini bildirib.