
Bunu Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev mətbuat konfransında bildirib.
Təhlil mərhələsi başa çatır, yekun hesabatın hazırlanmasına keçid edilir. Aktau yaxınlığında təyyarə qəzasının araşdırılması ilə bağlı yekun hesabat bir neçə aydan sonra hazır olacaq", - o qeyd edib.
Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.