Təcili: AZAL-ın təyyarəsində sağ qalanlar var!

Təcili: AZAL-ın təyyarəsində sağ qalanlar var! Aktauda təyyarənin qəzaya uğradığı yerə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 52 canlı qüvvəsi və 11 texnikası gəlib.

təyyarənin göyərtəsində 67 sərnişin və 5 ekipaj üzvü olub.

Qazaxıstan mediasının məlumatına görə, hazırda zərərçəkənlər dəqiqləşdirilir; ilkin məlumatlara görə, sağ qalanlar var.

AZAL məlumat yayıb ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Oxşar xəbərlər