
Bu barədə "RİA Novosti"yə Qazaxıstanın Baş Nəqliyyat Prokurorluğu məlumat verib.
Qeyd olunub ki, təyyarə qəzası ilə bağlı ibtidai istintaqın məlumatları açıqlanmır.
"Hazırda işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək üçün bütün tədbirlər görülür. AZAL-ın təyarəsinin Aktau yaxınlığında qəzaya uğramasının səbəbləri ilə bağlı yekun hesabat araşdırmalar başa çatdıqdan sonra dərc olunacaq", - məlumatda deyilir.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən (5-i ekipaj üzvü olmaqla) 38-i ölüb, 29-u sağ qalıb.