
"Report" xəbər verir ki, "Sabah" Masazırda İrlandiyanın "Sent Patriks Atletik" klubunu qəbul edəcək.
Görüş Bakı vaxtı ilə saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.
Rəşad Sadıqovun baş məşqçisi olduğu "Zirə" isə Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gələcək. "Dalğa Arena"da keçiriləcək görüşün start fiti saat 20:30-da səslənəcək.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab görüşləri
15 avqust
20.30. "Zirə" - "Osiyek" (Xorvatiya)
Baş hakim: Xulian Veynberqer (Avstriya).
Mərdəkan, "Dalğa Arena".
20:30. "Sabah" - "Sent Patriks Atletik" (İrlandiya)
Baş hakim: Marsel Birsan (Rumıniya).
Masazır, "Bank Respublika Arena".
Qeyd edək ki, "Zirə" ilk görüşdə Xorvatiya klubu ilə heç-heçə (1:1) edib. "Sabah" isə İrlandiyada rəqibinə 0:1 hesabı ilə məğlub olub.