
CNN-ə istinadla xəbər verir ki, Ağ Ev rəhbəri bildirib ki, o özü spirtli içkiləri sevmir və həyatında heç vaxt pivə içməyib.
"Düşünmürəm ki, o yalan deyir. Mən özüm içmirəm, açığını deyim ki, heç vaxt pivə içməmişəm. İçmirəm. Siz təsəvvür edə bilərsiniz ki, içsəydim, nələr edərdim. Mən dünyada ən pis olardım. Amma heç vaxt içmirəm", - deyə o, jurnalistlər qarşısında çıxışında deyib.
Qeyd edək ki, Tramp heç vaxt spirtli içki qəbul etməyib. Gənc ikən qardaşının alkoqolizmdən vəfat etməsi Trampın qətiyyətli qərar verməsinə səbəb olub.