Yolların Arxasında Duran Güc: Əvəz Qocayevin Peşəkarlığında Qurulan Azərbaycanın Nəqliyyat Üstünlüyü

Yolların Arxasında Duran Güc: Əvəz Qocayevin Peşəkarlığında Qurulan Azərbaycanın Nəqliyyat Üstünlüyü Saleh Məmmədov Kəlbəcər rayonunda həyata keçirilən yol layihələrinə baxış keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası ilə əlaqədar, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Kəlbəcər rayonunda olub.

O, ümumi uzunluğu 82 km olan Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisi və yol üzərində inşa edilən, dünyanın ən uzun avtomobil tunellərindən biri hesab olunan Murovdağ tunelində həmçinin Kəlbəcər şəhər daxili yollarında aparılan işlərlə tanış olub.

İdarə Heyətinin sədri Saleh Məmmədov tikinti işlərinə baxış zamanı layihənin vaxtında və keyfiyyətlə tamamlanması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Azərbaycanın yol infrastrukturunda son illərdə baş verən böyük dəyişikliklər, aparılan sistemli yenidənqurma işləri və strateji layihələrin uğurla icra olunması təkcə texniki imkanlarla deyil, bu sahəyə rəhbərlik edən və əsl mənada dövlətə sadiq, məsuliyyətli şəxslərin zəhməti ilə mümkün olmuşdur. Bu məsuliyyətli simalardan biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayevdir. Onun illərlə topladığı təcrübə, dəqiqliyə əsaslanan iş prinsipi, məsuliyyət hissi və dövlətçilik mövqeyi bu gün ölkə üzrə yol infrastrukturunun yüksək səviyyədə inkişafına böyük töhfələr verir. Əvəz Qocayev sadəcə vəzifə sahibi deyil – o, yolların arxasındakı zəhmətin, planlaşdırmanın, keyfiyyətin və millətə bağlılığın simvoludur. Onun fəaliyyəti nəticəsində bölgələrarası əlaqələr güclənib, kəndlər şəhərlərə, sərhəd qəsəbələri mərkəzlərə bağlanıb, insanların həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib.

Əvəz müəllim işinə hər zaman prinsipial və strateji yanaşması ilə seçilib. O, yol tikintisinin yalnız texniki proses olmadığını, eyni zamanda sosial rifaha, iqtisadi inkişaf dinamikasına və milli təhlükəsizliyə təsir edən vacib bir sahə olduğunu dərindən anlayır. Xüsusilə postmüharibə dövründə – azad olunmuş torpaqlarda inşa edilən “Zəfər yolları”, Laçın, Kəlbəcər, Şuşa və Zəngilan istiqamətində aparılan dağlıq yol infrastrukturu layihələrində Əvəz Qocayevin peşəkar nəzarəti, gecə-gündüz fəaliyyəti onun işinə nə qədər məsuliyyətlə yanaşdığını əyani şəkildə göstərir. Bu yollar həm tarix, həm gələcək, həm də milli iradənin göstəricisidir. O, bu işləri sadəcə texniki layihə kimi deyil, mənəvi dəyər daşıyan vətən borcu kimi qəbul edir.

Əvəz Qocayev bütün layihələrdə yüksək keyfiyyəti, təhlükəsizlik standartlarını və ekoloji uyğunluğu əsas meyar kimi irəli sürür. Onun rəhbərliyi ilə icra olunan layihələrdə beynəlxalq təcrübəyə əsaslanan innovativ texnologiyalar tətbiq olunur, rəqəmsal nəzarət sistemləri qurulur, mühəndis araşdırmaları dərindən aparılır. Bütün bunlar nəticəsində yollar illərlə davamlı, möhkəm və təhlükəsiz olur. Təsadüfi deyil ki, son illərdə respublika boyu aparılan yol tikintisi və yenidənqurma işləri dünya standartlarına uyğun şəkildə icra olunur və bölgələrin iqtisadi dirçəlişində mühüm rol oynayır.

Əvəz Qocayev üçün yol həm də insana dəyər verməkdir. O, şəhid ailələrinin, qazilərin yaşadığı ərazilərə gedən yolların prioritetləşdirilməsini, kənd yerlərində yaşayan insanların daha rahat və təhlükəsiz şəkildə rayon mərkəzlərinə çıxış imkanlarının artırılmasını hər zaman əsas vəzifələrdən biri kimi görür. Onun təşəbbüsü və nəzarəti ilə kəndlərə gedən yollar bərpa olunur, dağ kəndlərinə asfalt örtüklü magistrallar çəkilir, ucqar bölgələr mərkəzi rayonlara birləşdirilir. Bu da dövlətin sosial siyasətinin yerli səviyyədə uğurla həyata keçirilməsi deməkdir. Əvəz müəllim üçün hər bir yol insana olan dəyərin göstəricisidir.

Bununla yanaşı, o, komandada gənc mütəxəssislərin yetişdirilməsinə, ixtisaslı mühəndislərin cəlb olunmasına, yol tikintisində çalışan sıravi işçilərin əməyinə də yüksək qiymət verir. O, bütün idarəetmə prosesində şəffaflıq və dürüstlük prinsipini rəhbər tutur, vəzifəyə yox, vəzifənin məsuliyyətinə xidmət etməyi həyat kredosu sayır. Onun bütün çıxışlarında və əməli fəaliyyətində bir prinsip açıq şəkildə görünür: dövlətin verdiyi etimad – xalq üçün çəkilən yolun məsuliyyətidir.

Əvəz Qocayev öz fəaliyyəti ilə sübut edir ki, yollar millətlərin inkişaf istiqamətini, dövlətin gücünü, xalqla hakimiyyət arasındakı məsafənin qısalmasını ifadə edən mühüm simvollardır. O yollar ki, bu gün Azərbaycanın hər bir bölgəsinə qədər uzanır – onların arxasında Əvəz Qocayevin zəhməti, zəkanı, vətən sevgisi və mühəndislik peşəkarlığı dayanır.

Oxşar xəbərlər