Görəsən bəzi sayt rəhbərləri Əvəz Qocayevdən nə istəyir, nəyə görə şantaj xarakterli yazılar sifarişlə yazılır? - Tutarlı CAVAB

Görəsən bəzi sayt rəhbərləri  Əvəz Qocayevdən nə istəyir, nəyə görə şantaj xarakterli yazılar sifarişlə yazılır? - Tutarlı CAVAB
Görəsən bəzi sayt rəhbərləri  Əvəz Qocayevdən nə istəyir, nəyə görə şantaj xarakterli yazılar sifarişlə yazılır? - Tutarlı CAVAB




İt hürər karvan keçər. ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz

Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? "Azəravtoyol ASC – Nin Sədr Müavini Əvəz Qocayevin Mülklərinin SİYAHISI" başlıqlı yazı yazanın, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayevin nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Əvəz Qocayevi nüfuzdan salmağa çalışırlar.

Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən Əvəz Qocayevi şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev daima dövlətə, dövlətçiliyə və prezidentinə sadiq insansıdır və elə də qalacaq.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Əvəz Qocayevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o heç vaxt yaltaq və ikiüzlü olmayıb. O, vətəni, dövləti, xalqı uğrunda qan, dostu uğrunda qöz yaşı, ailəsi uğrunda tər tökən əqidə adamıdır.


Əvəz Qocayev dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayevdir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Oxşar xəbərlər