ABŞ-dən Əbu-Dabi görüşünə - Münasibət

ABŞ-dən Əbu-Dabi görüşünə - Münasibət “ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir”.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus mətbuat konfransında azərbaycanlı hüquq müdafiəçisi Əhməd Şahidovun Azərbaycan və Ermənistan liderləri arasında Əbu-Dabidə keçirilən görüşlə bağlı sualını cavablandırarkən deyib.

“Biz Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyirik. Vaşinqton müvafiq KİV-lərin məlumatlarını izləyir. Hazırda bununla bağlı əlavə məlumatımız yoxdur”, - o deyib.

O, ABŞ-nin hazırkı administrasiyasının mövqeyini də qeyd edib: “Bildiyiniz kimi, Prezident Tramp və dövlət katibi Marko Rubionun yanaşması öz sözünü deyir. Amerika liderinin Nazirlər Kabinetinin son iclasındakı bəyanatları bu administrasiyanın sülhə sadiq olduğunu açıq şəkildə göstərdi”.

Oxşar xəbərlər