İŞİD zəifləyəcək, Türkiyə ABŞ-la... – “Stratfor”dan 2016-cı il PROQNOZLARI

İŞİD zəifləyəcək, Türkiyə ABŞ-la... – “Stratfor”dan 2016-cı il PROQNOZLARI Mediada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) “kölgəsi” hesab olunan “Stratfor” elmi tədqiqat institutu 2016-cı illə bağlı proqnozlarlarını açıqlayıb

Ekspertlərin fikrincə, Polşa növbəti il Rusiya barəsində daha “kobud” siyasət yürüdəcək.

Varşavanın 2016-cı ildə Macarıstan, Slovakiya və Çexiya ilə əməkdaşlığı gücləndirəcəyi bildirilir. “Stratfor” Varşavanın “kobud” siyasətinin nədən ibarət olacağını açıqlamayıb. Bundan başqa, Amerika tədqiqatçılarının fikrincə, Varşava Berlin və Brüsseldən uzaqlaşacaq.

“Polşanın əsas müdafiəçisi olan ABŞ-la ikitərəfli münasibətlər Varşava üçün strateji əhəmiyyət daşıyır. Varşava Avropa Birliyi ilə münasibətlərdə, həmçinin qaçqınlarla bağlı məsələlərdə daha sərbəst olacaq”, - analitiklər bildirir.

“Stratfor” həmçinin hesab edir ki, növbəti il Avropa Birliyində sərhədin bağlanması və insan axınının məhdudlaşdırılmasında yeni normalar tətbiq ediləcək. Qərbi Balkanlarda miqrasiya böhranı ağırlaşacaq. Analitiklərin fikrincə, Böyük Britaniyanın əhalisi referendumda Avropa Birliyinin tərkibində qalmaq üçün səs verəcəklər.

“Almaniya və Fransa 2017-ci ildə seçkilərdən əvvəl “sağ ideologiya”ya tərəf hərəkət edəcəklər”, - “Stratfor” əmindir.

Rusiyaya gəlincə, institutun proqnozlarına görə, Avropa Birliyi və ABŞ növbəti ildə bu ölkəyə qarşı sanksiyaları gücləndirməyəcək, ancaq sanksiyaların yumşaldılması da olmayacaq. Ukrayna və Donbas hövzəsi arasında münaqişə başa çatmayacaq. Ekspertlər İŞİD zəifləyəcəyini proqnozlaşdırırlar. Onlar həmçinin xəbərdarlıq edirlər ki, terrorçular Avropa Birliyi ölkələrində növbəti terror hücumlarını həyata keçirməyə cəhd edəcəklər. Türkiyə ABŞ, Mərkəzi Avropa və Şərqi Avropa ilə yaxınlaşacaq“Stratfor” Suriyadakı vətəndaş müharibə ilə bağlı nikbin düşünmür. İnstitutun proqnozlarına görə, Suriyada hakimiyyətin bölgüsü haqqında razılaşma imzalanmayacaq.

Oxşar xəbərlər