2015-ci ildə 70-ə yaxın jurnalist həlak olub

2015-ci ildə 70-ə yaxın jurnalist həlak olub Onlar öz işini görürdülər

“Sərhədsiz jurnalistlər” (Reporters Without Borders) beynəlxalq təşkilatının hesabatına əsasən, 2015-ci ildə ən azı 67 jurnalist öz işini yerinə yetirərkən həlak olub.

Təşkilatın hesabatında bildirilir ki, 2015-ci ildə ümumilikdə 110 jurnalist, 27 mülki jurnalist və 7 media işçisi həlak olub. Ən azı 67 jurnalist öz işini yerinə yetirdiklərinə görə həlak olub, 43 nəfərin ölüm səbəbi isə müəyyən edilməyib.

Təşkilatın məlumatına əsasən, keçən il öz işini yerinə yetirərkən 66 jurnalist həlak olub.

Jurnalistlərin işləməsi üçün ən təhlükəli ölkələr Suriya və İraq hesab olunur. Belə ki, bu ölkələrin hər birində 2015-ci ildə işini yerinə yetirən 9 jurnalist həlak olub. Bundan başqa, İraqda 2015-ci ildə iki, Suriyada isə bir jurnalist naməlum səbəbdən həlak olub.

Üçüncü yeri Fransa tutur ki, bu da 2015-ci ilin yanvarında “Charlie Hebdo” satirik jurnalının redaksiyasına hücum zamanı 8 jurnalistin həlak olması ilə bağlıdır.

Hesabatda qeyd olunur ki, jurnalistlərin işi üçün təhlükəli olan digər ölkələr Yəmən, Cənubi Sudan, Hindistan, Meksika və Filippindir.

Oxşar xəbərlər