
Müasir Azərbaycan ordusu birdən-birə formalaşmayıb, tarixin ağır sınaqlarından keçmişdir. I respublika dövrü hesab edilən Azərbaycan Xalq Cümhuriyyəti yaranmasından bir ay keçməmiş orduya xüsusi diqqət ayırmış və 1918-ci il 26 iyunda Milli Ordunu yaratmışdır. 1919-cu ildə parlamentin qərarı ilə dövlət büdcəsinin 1/3-nin milli hərbi xərclərə ayrılması bu sahə üzrə göstərilən qayğının nəticəsi idi. Təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa olmuşdu və 1920-ci ildə 28 apreldə süqut etməsi ilə onun ordu quruculuğuna da böyük zərbə vurulmuş oldu. Qəbul edilmiş qərara görə yaradılmış Azərbaycan SSR-nin yeni ordusu sovet Rusiyasının Qızıl Ordusunun tərkib hissəsi sayılırdı. Təqribi yarım əsrdən sonra bu sahəyə diqqət yenidən əvvəlki dərəcədə artırıldı. Yeni mərhələ ulu öndər Heydər Əliyevin Azərbaycan SSRİ-də rəhbər vəzifəyə gəlişi ilə başlamışdı. Onun rəhbərliyi zamanı savadlı və bacarıqlı milli hərbi kadrların yetişdirilməsi istiqamətində ciddi addımlar atılmışdı. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması onun təşəbbüsünün nəticəsi idi.
“Güclü ordusu olan dövlət, güclü dövlətdir” anlayışı özünü ən çətin zamanlarda göstərir. SSRİ-nin zəifləməsi ilə erməni seperatçı qüvvələrinin hücumları intensiv xarakter almış və işğalçı siyasətlərini artıq açıq-aşkar həyata keçirməyə başlamışdılar. Müasir Azərbaycan Respublikasının ilk vaxtlarında ordu baxımdan düşmənə nisbətdə zəif idilər. Dövlətimiz istər ordunun say tərkibi, istərsə də hərbi təchizat baxımdan geri qalırdılar. 1991-ci ildə noyabr ayında rayonlar üzrə özünümüdafiə batalyonları yaradılsa da, düşmənə göstərilən xarici yardımlara görə uğurlu əməliyyatlar aparmaq çətinləşmişdi.
I Qarabağ müharibəsinin uğursuz olmasının başlıca səbəblərindən biri də ordu quruculuğuna diqqət ayrılmasına yaranan ehtiyac idi. Müharibə dövründə göstərilən təzyiqlər hökuməti bu prosesi ertəmələyə məcbur qoydu. 1994-cü ildə mayın 12-də qəbul edilmiş Bişkek protokolu ilə müharibə dayandırılmış və atəşkəs dövrü ordu quruculuğu sahəsində çoxşaxəli tədbirlər keçirməyə şərait yaratmışdır.
44 günlük müharibəyə qədərki hərbi hazırlıq həm hərbi kadrların bilik və bacarığını, həm də hərbi təchizat təminatını yüksək səviyyəyə çatdırmışdı. Hərbi hazırlığın yüksək səviyyədə olması həmçinin Azərbaycan Respublikasının İsrail, Pakistan, Türkiyə kimi dövlətlərlə geniş əlaqələr qurması ilə də bağlıdır. Uğurlu diplomatik əlaqələr ordu heyətinin hər cür şəraitə uyğunlaşmasına, çətin anlarda düzgün taktiki addımlar atmağa, strategiyalar formalaşdırmağa, müasir hərbi texnologiyalarla təmin olunmağa və onları təkmilləşdirməyə yardımçı olmuşdur.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
tarix müəllimi Türkan İsmayılova