
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə ordusunun Mətbuat xidməti yayıb.
“İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları dəqiq kəşfiyyat məlumatları əldə etdikdən sonra, gecə Tehranda baş qərargaha hücum edib və Əli Şadmanini zərərsizləşdirib”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, o, iyunun 13-də sözügedən posta təyin edilmişdi.