
Bu barədə məlumatı İsrailin Müdafiə ordusu yayıb.
Bildirilib ki, zərbələr Dahiya bölgəsinə endirilib və məqsəd Hizbullah hərəkatının terrorçu üzvünü zərərsizləşdirmək olub.
Məlumata görə, həmin şəxs HƏMAS hərəkatının döyüşçülərinə rəhbərlik edib və onlara İsrailin mülki şəxslərinə qarşı genişmiqyaslı terror aktının planlaşdırılmasında yardım edib.
“Ordu sözügedən şəxsin zərərsizləşdirilməsi ilə bağlı tədbirlər görüb və təhdidi aradan qaldırıb”, - deyə məlumatda qeyd olunub.