Bəyannamə hər iki ölkənin iqtisadi qüdrətini artırır, ölkəmizin beynəlxalq nüfuzunu yaxşılaşdırır, gələcək münasibətləri möhkəmləndirir

Bəyannamə hər iki ölkənin iqtisadi qüdrətini artırır, ölkəmizin beynəlxalq nüfuzunu yaxşılaşdırır, gələcək münasibətləri möhkəmləndirir
Böyük əhəmiyyətə malik imzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir.
“Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.
Bu iki dövlət həm də müttəfiqdir. Müttəfiklər arasında dostluq və sarsılmaz gözəl münasibətlər vardır.
Bəyannamə hər iki ölkənin iqtisadi qüdrətini artırır, ölkəmizin beynəlxalq nüfuzunu yaxşılaşdırır, gələcək münasibətləri möhkəmləndirir.
İşğaldan azad olunmuş ərazilərin bərpasını tezləşdirir, əlverişli investisiya mühitinin yaradır. Bəyannamə haqqda bütün media vasitələri qeyd etdi,işıqlandırdı.
Bəyannamənin imzalanmasından sonra Şuşada 15 uyun tarixində ənənəvi olaraq keçirilən konfranslar keçirildi.Bütün mövzulara toxunuldu,o cümlədən hərbi yardım məsələlərinə.

Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
rus dili müəllimi Məqsədi Qəniyeva

Oxşar xəbərlər