
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ prezidenti Donald Tramp deyib. Onun sözlərinə görə, hər hansı aksiyaya cəhd edənlər dərhal həbs olunacaqlar.
Amerika lideri parada müdaxilə etməyə cəhd edə biləcək şəxslərdən danışarkən, "onlardan bəziləri uzun müddət həbsdə qalacaq" deyib. O, əmin edib ki, hakimiyyət parad zamanı iğtişaşların qarşısını almaq üçün güc tətbiq etməyə hazır olacaq.
Tramp həmçinin etiraf edib ki, ABŞ rəsmilərinin paradı pozmağa yönəlmiş hər hansı planlaşdırılmış hərəkətlər barədə məlumatı yoxdur. ABŞ Məxfi Xidmətinin Vaşinqton ofisinin rəhbəri Mett McCool iyunun 9-da bildirib ki, Amerika səlahiyyətli orqanları qarşıdan gələn tədbir zamanı böyük iğtişaşlar gözləmir.
Son günlər Los-Ancelesdə (Kaliforniya) və Amerikanın bir sıra digər şəhərlərində qeyri-qanuni mühacirlərin saxlanmasına qarşı etiraz aksiyaları keçirilib. Los-Ancelesdə etirazlar kütləvi iğtişaşlarla müşayiət olunub.