ABŞ-dəki etirazlarda 170 nəfər saxlanıldı

ABŞ-dəki etirazlarda 170 nəfər saxlanıldı ABŞ-də ölkə Prezidenti Donald Trampın miqrasiya siyasətinə qarşı keçirilən etiraz aksiyaları zamanı 170 nəfər saxlanılıb.

“Qafqazinfo” “Axios” portalına istinadən xəbər verir ki, onlardan 20 nəfəri Nyu-Yorkda Trampa məxsus “Trump Tower” göydələninin qarşısında saxlanılıb.

“CNN” telekanalı isə San-Fransiskoda 150-yə yaxın etirazçının polis bölmələrinə aparıldığını bildirib.

Qeyd edək ki, iyunun 6-da Los-Ancelesdə qanunsuz miqrantların kütləvi saxlanılmasına başlanılıb. Bir gün sonra isə şəhərdə məsələ ilə bağlı iğtişaş və aksiyalar başlayıb. Hazırda bütün ölkə üzrə etiraz aksiyaları davam edir.

Oxşar xəbərlər