
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının nəzdində fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
“Cənab Prezidentimiz, Türkiyə Cümhuriyyətinin dövlət başçısı olaraq konstitusion səlahiyyət və məsuliyyətlərini yerinə yetirir, xalqımıza xidmət yolunda böyük əzm və fədakarlıqla fəaliyyət göstərir”, – deyə açıqlamada qeyd olunub.
Qeyd olunub ki, Prezident Ərdoğanla görüşən dövlət başçıları, siyasətçilər və digər səlahiyyətli şəxslər onun məsələlərə dərindən bələd olduğunu, güclü yaddaşa və qətiyyətli qərarvermə qabiliyyətinə sahib olduğunu yaxşı bilirlər.
“Jurnalist etikası və məsuliyyət hissini nəzərə almayan, sosial şəbəkələrdə əsassız məlumatlar yayan şəxslər yalnız özlərini gülünc duruma salırlar”, – açıqlamada əlavə olunub.
Sonda bildirilib ki, bu cür iddiaların cəmiyyətə yönəlik manipulyasiya məqsədi daşıdığına diqqət edilməli, rəsmi qurumların məlumatlarına istinad olunmalıdır.
