
“Qafqazinfo” idarəyə istinadən xəbər verir ki, YPX Alayının əməkdaşları avtomobilə yaxınlaşarkən artıq huşsuz vəziyyətdə olan sürücüyə dərhal ilkin tibbi yardım göstərilib. Əraziyə çağırılan təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya vaxtında çatdırılması təmin edilib.
Şəhid övladı, qazi Taleh Əsədov xəstəxanadan çıxdıqdan sonra YPX postuna gələrək düşdüyü çətin vəziyyətdə köməyinə çatan polis əməkdaşlarına səmimi təşəkkürünü bildirib.
Baş Dövlət Yol Polisi İdarəsi şəfqətli davranışın polisin başlıca vəzifə borcu olduğunu qeyd etməklə yanaşı, son vaxtlar analoji hadisələrin sayının artmasını nəzərə alaraq bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi, bu səbəbdən yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxarmağı, özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağı xahiş edir.