
Tələbə ikən Tələbə Elmi Cəmiyyətində 2 yeni kimyəvi analiz metodu və indiyə qədər dərmanı olmayan Psoriaz və Dəri xərçənginə qarşı yeni 2 dərman olmaqla 4 elmi ixtira etmişdir.
1993-cü ildə Azərbaycan Respublikası Əczaçılar İttifaqının sədri seçilmiş və Azərbaycanda ilk özəl dərman zavodu inşa etmiş və həmin zavodda 165 çeşiddə 100 milyonlarla dərmanlar istehsal etmişdir.
2003-cü ildə Avstriyanın Vyana Universitetində Doktoranturaya qəbul olunmuşdur və həm Kimya, həm də Əczaçılıq Elmləri Doktorudur.
2004-cü ildə beyin əməliyyatı zamanı klinik ölüm keçirmiş və bundan sonra bədahətən şeirlər deməyə və yazmağa başlamışdır. Bu günə kimi 12 şeir kitabı, Azərbaycan dilində ÖMÜR YUSUSU romanı və başqa Türk, Rus, İngilis, Alman və Gürcü dillərində SEVGİNİN GÜCÜ adlı daha 5 roman olmaqla bu ÖMÜR YOLU XI şeir kitabı Qaraxan Əkbəroğlunun 18-ci kitabıdır.
Bu günə kimi şe’riyyata şifahi xalq ədəbiyyatında və heç bir ədəbiyyatda olmayan yeni 76 janr gətirmişdir.
Ümumilikdə 145 janrda 3 dildə şeir və 6 dildə roman yazmışdır.
65 janrda şeir kitabı Nobel Sülh Mükafatına təqdim edilmişdir.
10 fevral 2018-ci ildən bu günə kimi Dünya Şair və Yazıçılar İttifaqının (Beynəlxalq Təşkilatın) Prezidentidir və hazırda Avstriyada yaşayır.
Dünya Şair və Yazıçılar İttifaqının WORLD jurnalının və World Poet TV televizya kanalının təsisçisidir.