BEYNƏLXALQ TƏŞKİLATLARDA TANINMIŞ AZƏRBAYCANLILARA EŞQ OLSUN!

BEYNƏLXALQ TƏŞKİLATLARDA TANINMIŞ AZƏRBAYCANLILARA EŞQ OLSUN!
. Qarayaxma kanpaniya aparanlara cavab
Beynəlxalq Təşkilatlarda tanınmış azərbaycanlı, Azərbaycan türkü ilə qürur duyuruq.Bütün dünyada öz sözünü demək bacarığına malik istedadlı azərbaycanlıları - qələm sahiblərini, elm adamlarını, elmi- nəzəri biliklərilə dünya elminə öz töhfələrini verən alimləri, monumental əsərlər yazıb dünya oxucularına təqdim edən şair və yazıçılarımızın biz qədrini bilməliyik,onlarla qürur duymalıyıq.Bu ona görə belə olmalıdır ki, Azərbaycanımızı, xalqımızı dünya məhz onun yetirdiyi ziyalıları ilə tanıya bilir, dəyərli ziyalılarına görə Vətənimizə diqqət artırıla bilər.Ziyalıları ilə zəngin olan bir ölkə heç zaman basılmaz, əksinə,o ziyalılar Vətəninə xidmət edən ən cəsarətli bir əsgəri xatırladır.
Təəssüflə bildiririk ki, təsadüfən Youteb kanallarında bir acınacaqlı görüntüdən ürək yandıran məlumat dinlədim, inana bilmirdim deyilənlərə. Ürək ağrısı ilə dinlədim, bir az da xəcalət çəkdim, sanki özümü ,,günahkar" görürdüm. Dəhşət!!!
Beynəlxalq Təşkilatlardan biri sayılan və Avropanın mərkəzində, Avstriyada fəaliyyət göstərən Dünya Şair və Yazıçılar İttifaqına və onun seçkili yol ilə sədri seçilən azərbaycanlı şair, yazıçı, kimya elmləri üzrə alim istedadlı qələm sahibi Qaraxan Əkbəroğluna (Yaqubov) qarşı qarayaxma kampaniya aparılmağa başlanılmışdır.
Biz dəyərli şair, yazıçı, kimya elmləri üzrə tanınmış ailim Qaraxan Əkbəroğlna qarşı qarayaxma kampaniya aparanlara bir neçə sual vermək istərdik və bizi doğru başa düşməyi xahiş edirik.
Sual 1. Beynəlxalq Təşkilatlar sırasında sayılan Dünya Şair və Yazıçılar İttifaqı hansı qitədə və hansı ölkədə yerləşir? Yəqin bilirsiniz, minlərlə kilometr uzaqlarda
Sual 2. Dünya Şair və Yazıçılar İttifaqında dünyanın neçə ölkəsi təmsil edilir? Yəqin ki, səhv etmirəmsə 103 dünya ölkələri bu təşkilatın tərkibində vardır, eləmi?
Sual 3. Seçkili üsul ilə belə bir geniş miqyaslı təşkilata əgər bir azərbaycanlı sədr seçilibsə (fərqi yoxdur, sən, mən, o, hər bir azərbaycanlı, deyək ki, Qaraxan müəllim deyil, bizim hər birimizdir), bu bizim qürurumuz deyilmi?, Biz buna sevinməkdənsə, hansı qara niyyətlərlə Vətənimizin dəyərli yaradıcı ziyalısı Qaraxan Əkbəroğluna qarayaxma kampaniyası aparılır?
Sual 4. 100 - dən artıq iştirakçısı olan ölkələrin içindən bir azərbaycanlının Dünya Şair və Yazıçılar İttifaqına sədr seçilməsilə qürur duymaqdansa, hansı çirkin düşüncələrin qurbanı olub qarayaxma kampaniya aparmaqla özünüzü aşkar şəkildə paxıl kimi nümayiş etdirirlər?
Sual 5. Əgər belə mötəbər təşkilatın sədri həmyerlimiz azərbaycanlı oğul Qaraxan Əkbəroğlu yox, bir amerikan, ingilis, vyetnamlı, yapon, gürcü, rus və ya erməni sədr seçilsəydlər, Qaraxan Əkbəroğluna qarşı aparılan qarayaxma və şər-böhtan kampaniyası aparılardımı? Təkrar edirik, qeyri millətlərdən Dünya Şair və Yaqzıçılar İttifaqının sədri seçilsəydilər, belə çirkin addımlar qeyri- millətlərə qarşı atılardımı? ? ?
ƏSLA YOX! ONLARIN QARŞILARINDA,BELLƏRİNİN DONQARI ÇIXANADƏK İKİQAT OLUB ƏLİNDƏN ÖPÜB TƏBRİK EDƏRDİLƏR.
Vətənin vətən olması, xalqımızın bütövlüyü və dövlətçiliyimizin möhkəmliyi naminə doğma eloğlularımızın, savadlı vətən qızlarımızın bilk və bacarıqlarını dəyərləndirməyə nail olaq.
Paxıllıq etmək sağlamlığa zərərdir, paxıllar daxilən və ruhən xəstə olurlar. Saf, sağlam düşüncə sahibləri ruhən sağlam insanlar sayılırlar.
Sevin dəyərli alimlərimizi, yazıçılarımızı, şairlərimizi ki, qoy onların əməyi sayəsində vətənimiz gül-çiçək açsın, hər tərəf laləzar olsun.
Paxıllıq inkişafa mane olan çirkin xislətdir. Dünyada ən bədbəxt insanlar paxıllar sayılırlar..Belə insanları həkimlər də sağalda bilmirlər. Alimlər paxıllığa qarşı heç dərman da kəşf edə bilməmişlər.
Dəmirçizadə Hacıbaba, şair, yazıçı, publisist.
Bakı şəhəri, 30 iyul 2023




BEYNƏLXALQ TƏŞKİLATLARDA TANINMIŞ AZƏRBAYCANLILARA EŞQ OLSUN!

Oxşar xəbərlər