Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli şərəfli ömür yolu

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli şərəfli ömür yolu İsa Həbibbəyli dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü - akademik İsa Həbibbəylidir.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli şərəfli ömür yolu

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü - akademik İsa Həbibbəyli vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü - akademik İsa Həbibbəylinin adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

İsa Həbibbəyli peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən İsa Həbibbəyli bu işin müqəddəsliyini qoruyub saxlayır. İsa Həbibbəyli kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu İsa Həbibbəylidən danışdılar yaxşı ki, İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvüdür… İsa Həbibbəyli öz isguzarlığı ilə tanınır və seçilir…

İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.


Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli şərəfli ömür yolu

Həyatı

İsa Həbibbəyli 1949-cu il oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Danzik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Filologiya elmləri doktoru, professordur. Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər İttifaqının üzvüdür. Əməkdar elm xadimidir.

1971-ci ildən Şərur rayonunda kənd orta məktəbində müəllim işləmişdir. 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor, 1996-cı ildən 2013-cü ilə qədər[1] isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır.

2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci və ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur (2005-2010). Hal-hazırda dördüncü çağırış Azərbaycan Respublikası Milli Məcilisinin deptutıdır. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Belçika, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Pakistan, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.


Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli şərəfli ömür yolu

Elmi fəaliyyəti

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında «Ədəbiyyat nəzəriyyəsi» ixtisası üzrə təhsil almışdır (1974-1978). «XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası» mövzusunda namizədlik (1980), «Cəlil Məmmədquluzadə: mühiti və müasirləri» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1996). Filologiya elmləri doktoru, professordur (1997).

2001-ci ildə AMEA-nın müxbir üzvü, 2003-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. 2001-ci ildən Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.

2006-cı ild BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, 2010-cu ildə Amerika Bioqrafiya İnstitutunun akademiki seçilmişdir.

400-dən çox elmi məqalənin, 12 monoqrafiyanın, 1 orta məktəb dərsliyinin, 28 broşüranın, 21 tərtib kitabının müəllifidir. Əsərləri Azərbaycan dilindən başqa ingilis, fransız, rus, türk, ərəb fars, urdu, bolqar və macar dillərində çap olunmuşdur.

Tədqiqat sahəsi: Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsidir. ABŞ, İngiltərə, Çin, Fransa, Rusiya, Türkiyə, Almaniya, Cənubi Koreya, İspaniya, İran, İraq, Bolqarıstan, Avstriya, Misir Ərəb Respublikası, Tunis, Ukrayna, Pakistan, Macarıstan, və başqa ölkələrdə rəsmi səfərlərdə olmuş, beynəlxalq simpozium, qurultay və konfranslarda elmi məruzələrlə çıxışlar etmişdir.


Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli şərəfli ömür yolu

Mükafatları

Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür (1999).
«Şöhrət» ordeni (2007) və «Şərəf» ordeni (2009) ilə təltif olunmuşdur.
«Ankara universitetinin fəxri dostu» (1999) və Amerika Bioqrafiya İnstitutu tərəfindən «İlin adamı» seçilmişdir (2001).
Türkiyə Cümhuriyyəti Dil Quru¬munun «Üstün hizmət Baratı» (2004), Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının «İnformasiya aləminin elitası» diplomuna və «Elmi istiqamətin rəhbəri» medalına (2009), layiq görülmüşdür.

Oxşar xəbərlər