Putin dünyaya biabır oldu — VİDEO

Putin dünyaya biabır oldu — VİDEO Putin qara qutunu incələtdirə bilməyib

Ölkə.Az xəbər verir ki, Rusiya lideri Vladimir Putin vurulan Su-24-ün qara qutusunu araşdıracaq xarici mütəxəssis tapa bilməyib.

Ötən gün Türkiyə sərhədini pozduğu üçün salınan Su-24 tipli rus təyyarəsinin qara qutusunu mediaya göstərən Vladimir Putinin xarici mütəxəssislərə etdiyi çağırışa heç bir cavabın gəlmədiyi üzə çıxıb.

Kremldə təyyarənin qara qutusu qarşısında poza verən Putin qutuda hər hansı bir saxtakarlığın olmadığını göstərmək üçün müdafiə naziri Sergey Şoyguya beynəlxalq mütəxəssislərlə birlikdə araşdırma təlimatı verib.

"Başa düşdüyüm qədərilə, qara qutu Su-24 tipli təyyarənin uçuş anından eniş anına qədər sürətini, yüksəkliyini və uçuş anındakı bütün dönüşlərini bizə göstərəcək. Təyyarənin harada olduğunu və təyyarəyə Türkiyə tərəfindən xain zərbənin hansı istiqamətdə vurulduğunu anlayacağıq", - deyə Putin qeyd edib.

Sergey Şoyqu da qara qutunu araşdırmaq üçün müxtəlif ölkələrə dəvət məktubu göndərsə də, hamısı nəticəsiz qalıb. Kremlin sözçüsü Dmitriy Peskov bu ana qədər heç bir ölkədən çağırışa müsbət ya da mənfi cavab gəlmədiyini bildirib. Peskov hansı ölkələrə dəvətin göndərildiyini açıqlamayıb.


Oxşar xəbərlər