Sərnişin “Bakubus”-ın sürücüsünü döydü - VİDEO

Sərnişin “Bakubus”-ın sürücüsünü döydü - VİDEO Sürücünün bu gün əməliyyat olunacağı bildirilib

Dünən “Bakubus” MMC-nin 5 nömrəli xətti ilə hərəkət edən avtobusun sürücüsünü sərnişin döyüb.

qanuninfo.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

Mətbuat katibi bildirib ki, döyülən sürücü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb:

“Dünən “İçərişəhər” stansiyasına çatmamış Şeyx Şamil küçəsində bir qadın işıqforda avtobusa minməyə cəhd edib. Sürücü qapıları açmadığı təqdirdə arxadakı bir sərnişin təhqirəmiz ifadələrlə qapıların açılmağını tələb edib.

Tələbi reallaşmadığı təqdirdə o, sürücünün üstünə gedib. Bu zaman növbə dəyişmək üçün sürücünün yanında olan Oqtay Novruzov adlı digər sürücü mübahisənin qəzaya yol aça biləcəyindən ehtiyat edərək sərnişinə şirkət tərəfindən qoyulan qaydaları izah etməyə çalışıb.

Bu zaman sərnişin O.Novruzovu döyməyə başlayıb və avtobusda mülki geyimdə olan polis əməkdaşı hadisəyə müdaxilə etmək məcburiyyətində qalıb. Hadisəyə səbəb olan sərnişin polis bölməsinə aparılıb, sürücü isə xəstəxanadadır”.

Axşam xəstəxanada olduqlarını bildirən N. Allahyarova sürücünün bu gün əməliyyat olunacağını bildirib.

N.Allahyarova son olaraq onu da qeyd edib ki, sürücü Oqtay Novruzov bir neçə dəfə kameralara müsbət əməlləri ilə düşüb.

VİDEOYA BU LİNKDƏN BAXA BİLƏRSİNİZ

Oxşar xəbərlər