
Ölkə.Az xəbər verir ki, bu sözləri AzTV-nin efirində yayımlanan "Həftə" verilişində telekanalın rəhbəri və aparıcısı Rövşən Məmmədov söyləyib.
"Azərbaycansa regional maraqları qoruduğu, Qərbin region ölkələrinə, o cümlədən ilk növbədə Rusiyaya hesablanmış oyunlarına alət olmadığı, region ölkələri ilə, həm də Rusiya ilə münasibətləri üstün tutduğu halda, ölkəmiz elə şimaldan gah neonasistlərin dili ilə hədələnir, təhqir olunur, gah da rəsmi Kremlin birbaşa ruporu olan "Komsomolskaya Pravda"nın dili ilə Azərbaycanla bağlı uydurma məlumatlar dövriyyəyə buraxılıb. Elə son günlər bu əks-təbliğat da daha çox Bakı-Qroznı təyyarəsinin vurulması ətrafında gedir. Pilotların danışıqlarını yayaraq izi azdırmağa, diqqəti əsas məsələdən yayındıraraq Azərbaycanı günahkar çıxarmağa cəhdlər göstərilir. Etiraf edək ki, biz Rusiyadan obyektiv davranma, məsələnin hərtərəfli araşdırılmasını gözləyirdik. Yəni baş vermiş hadisədə günahı olan ölkə mütləq şəkildə üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Ancaq bu gün əksi baş verir. Görünür, ruslar oyun oynamağa həvəslidirlər", - deyə R.Məmmədov bildirib.
Qeyd edək ki, sözügedən süjet AzTV-nin rəsmi Youtube kanalında "Dünyanın üz döndərdiyi Rusiyanın Azərbaycana “ÇOX SAĞOL”U" başlığı ilə paylaşılıb.