Atəş ABŞ-ni yandıracaq - Çindən sərt XƏBƏRDARLIQ

Atəş ABŞ-ni yandıracaq - Çindən sərt XƏBƏRDARLIQ ABŞ-nin Tayvana 750 milyon dollarlıq yeni hərbi yardım paketi ayırması və 38 Abrams tankını verməsi Çin tərəfindən kəskin etiraza səbəb olub.

Çin Xarici İşlər Nazirliyi Ağ Evin bu addımını qınayaraq kəskin etirazını bildirib.

Çin XİN sözçüsü Lin Jian ABŞ-yə xəbərdarlıq edərək bunları deyib: "Tayvan Çin siyasətininin ana xəttini təşkil edir və bu, qırmızı xətdir. ABŞ bu siyasəti ilə odla oynayır və bu atəş ABŞ-ni yandıracaq. ABŞ-nin nəzarət siyasəti və Çini cilovlamaq uğursuzluğa məhkumdur. Biz ABŞ-ni belə addımlar atmamaq barədə xəbərdar edirik. Çinin isə milli təhlükəsizliyi və birliyi üçün hər addımı atacağını bəyan edirik”.

Oxşar xəbərlər