Çin bu ölkəni mühasirəyə aldı - VİDEO

Çin bu ölkəni mühasirəyə aldı - VİDEO Çin suverenlik mübahisəsi olan Tayvanı mühasirəyə alan genişmiqyaslı hərbi təlim keçirməklə Tayvana və ada dövləti dəstəkləyənlərə ciddi çəkindirici xəbərdarlıq mesajı vermiş olub.

Ölkə.Az xəbər verir ki, Çin Xalq Azadlıq Ordusu Şərq Cəbhəsi Komandanlığının sözçüsü Li Xi quru, hava, dəniz və raket qüvvələrinin iştirakı ilə Tayvan adasını mühasirəyə alan "Birgə Qılınc-2024B" hərbi təlimini başa çatdırdığını açıqlayıb.

Komandanlığa bağlı bütün birliklərin hər zaman tətikdə olduğunu bildirən Li bildirib ki, Tayvanın müstəqillik cəhdlərin qarşısını almaq üçün gərgin təlimlər bundan sonra da davam edəcək.

"Qoşunların real döyüş qabiliyyətini yoxlamaq məqsədi daşıyan təlim Tayvanın müstəqilliyini müdafiə edənlərə də "ciddi çəkindirmə" mesajı idi", - o qeyd edib.

Tayvanı şimaldan, cənubdan və şərqdən əhatə edən və kritik limanları bağlayaraq adanı faktiki olaraq blokadaya alan təlim gecə saatlarında başlayıb.

Çinin Liaoning təyyarə gəmisinin də qatıldığı təlimdə döyüş təyyarələri və gəmilər adada müxtəlif istiqamətlərdən birgə hücum təlimləri keçirib

Tayvan Müdafiə Nazirliyi açıqlamasında bildirilib ki, təlim zamanı adanın ətrafında Çin ordusuna aid 125 döyüş təyyarəsi, 17 döyüş gəmisi və 17 sahil mühafizə gəmisi görünüb.

Qeyd edək ki, ABŞ Çinin bu təlimindən ciddi narahatlıq keçirdiyini və bunun gərginliyin artması riski olduğunu bildirib.

AB, Dövlət Departamentinin sözçüsü Miller Çinə təmkinli olmağı və Tayvan boğazında və daha geniş bölgədə sülh və sabitliyi pozacaq hərəkətlərdən çəkinməyi tövsiyə edib.


Oxşar xəbərlər